METBUAT.AZ

Dünya

Çeçenistanda toyda bunları etmək

27 avq 2023 15:14

Çeçenistan Müsəlmanları Ruhani İdarəsi respublikada toy şənliklərinin keçirilməsi ilə bağlı bir sıra qaydalar hazırlayıb.

Metbuat.az oxu.az-a istinadən xəbər verir ki, tərtib edilən qaydalara əsasən, toy məclislərində bahalı hədiyyələr vermək qadağan edilib.

“Bəyə, qayınataya, qayınanaya və başqalarına bahalı hədiyyələr vermək qadağandır. Nə İslama, nə də çeçen adətlərinə uyğun gəlməyən təmtəraq, həddi aşmaq, məsələn: brilyant üzüklər, xəz paltolar, məişət texnikası, mənzillər, avtomobillər və sairə bahalı hədiyyələrin verilməsi qəti qadağandır” - sənəddə deyilir.

Sənəddə həmçinin qeyd olunur ki, gəlinin paltarı da İslam və çeçen adətlərinin tələblərinə uyğun olmalıdır.

Xatırladaq ki, bir müddət əvvəl Çeçenistan rəhbəri Ramzan Kadırov da respublikada keçirilən toylardakı təmtərağı və israfçılığı tənqid edərək bu qaydaların istər İslama, istərsə də çeçen adətlərinə zidd olduğunu bildirmişdi.


metbuat.az.