16 avq 2023 17:24
Premyer Liqanın nəhəng klubları olan "Çelsi" və "Mançester Siti" gənc ulduz üçün rəqabətə başlayıblar.
Metbuat.az xəbər verir ki, hər iki komanda Mişel Oliseni transfer etmək üçün hərəkətə keçib. “The Athletic”in məlumatına görə, futbolçunun sərbəstqalma məbləği 35 milyon funt sterlinqdir. İddialara görə, “Çelsi” bu məbləği ödəməyə hazırdır. Bundan əvvəl “Çelsi”nin “Kristal Palas”ın futbolçusunu transfer etmək üçün hətta 45 milyon funt sterlinq ödəməyə hazır olduğu qeyd edilmişdi.
Məlumata görə, "Mançester Siti" də Fransanın 21 yaşlılardan ibarət millisində çıxış edən Mişel Olise üçün danışıqlar aparır.