METBUAT.AZ

Dünya

Çində daşqında ölənlərin sayı 33-ə çatıb

9 avq 2023 12:05

Çinin paytaxtı Pekində daşqınlar nəticəsində ölənlərin sayı 33 nəfərə çatıb.

Metbuat.az xəbər verir ki, şəhərin xalq hökuməti məlumatına görə, daşqınlar zamanı 18 nəfər itkin düşüb. Təbii fəlakət nəticəsində 59 minə yaxın bina dağılıb, 147 min evə ziyan dəyib.

Məlumat üçün bildirək ki, iyulun sonundan Pekində başlayan güclü yağışlar nəticəsində 127 min insan təxliyə edilib.


metbuat.az.