METBUAT.AZ

Dünya

Çində nazirlik rəsmisi ABŞ-a casusluq etdiyinə görə saxlanıldı

22 avq 2023 12:11

Çində nazirlik rəsmisi ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinə casusluq etməkdə şübhəli bilinərək saxlanılıb.

Metbuat.az xəbər verir ki, bu barədə Çinin Dövlət Təhlükəsizliyi Nazirliyi məlumat verib. Bildirilib ki, soyadı "Hao" olan dövlət məmuru ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi tərəfindən cəsusluğa cəlb edilib. Onun hansı nazirlikdə çalışdığı ictimaiyyətə açıqlanmayıb. Açıqlamada Haonun Yaponiyada tələbə olarkən viza almaq üçün getdiyi Tokiodakı ABŞ səfirliyində “Ted” adlı amerikalı zabitlə tanış olduğu bildirilib. Daha sonra Ted pul və hədiyyələr verərək, çinli ilə daha yaxın əməkdaşlıq edib. Ardınca amerikalı zabit çinlidən məqalələr yazmasını istəyib.

Məlumata görə, Hao ABŞ-ın cəsusluq təklifini qəbul edərək, ABŞ-la "casus müqaviləsi” imzalayıb. Razılaşmaya əsasən ABŞ Haoya təlimlər keçib. İddialara görə, Hao məlumat ötürmək üçün dəfələrlə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməkdaşları ilə görüşüb.


metbuat.az.