23 avq 2023 17:17
Bolqarıstanın Silven və Yanbolu yaşayış məntəqələrində zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə Kandilli Rəsədxanasının rəsmi tviter səhifəsində məlumat yayılıb.
Yeraltı təkan Rixter şkalası üzrə 3.4 ballıq maqnituda ilə qiymətləndirilib.
Ocağı yerin 2.5 kilometr dərinliyində yerləşən zəlzələdən sonra itki və dağıntılar barədə məlumat verilməyib.