METBUAT.AZ

Dünya

Danimarkanın müvəqqəti işlər vəkili Türkiyə XİN-ə çağırıldı

26 avq 2023 00:24

Danimarkanın Ankaradakı müvəqqəti işlər vəkili yenidən Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb və ona Quranın təhqir edilməsi üzrə davam edən aksiyalara görə etiraz edilib.

Metbuat.az xəbər verir ki, Danimarka nümayəndəsi son 7 gündə 6-cı dəfə XİN-ə getməli olur.

“Quranın yandırılması aksiyalarının davam etməsi ilə əlaqədar Danimarkanın Ankaradakı səfirliyinin müvəqqəti işlər vəkili altıncı dəfə Xarici İşlər Nazirliyinə çağırılıb və bu çirkin hərəkətlər pislənilib”, - mənbə bildirib.


metbuat.az.