28 avq 2023 11:59
Oğurluqda təqsirləndirilən İlahə Əlipaşayeva və tanışı Baxşəli Ağayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Metbuat.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxslərə hökm oxunub. Hökmə əsasən, İlahə Əlipaşayeva 6 il, tanışı Baxşəli Ağayev isə 8 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Bakıda evlərdən birində dayə işləyən İ. Əlipaşayeva ailənin imkanlı olduğunu görüb və tanışı B. Ağayevlə cinayət əlaqəsinə girərək evdən 91 min manatlıq qızıl-zinət əşyaları və pul oğurlayıb.