31 avq 2023 12:53
Bu ilin yanvar-avqust aylarında Azərbaycan Mərkəzi Bankının (AMB) Dövlət Neft Fondu (ARDNF) ilə birlikdə keçirdiyi valyuta hərraclarında 2 milyard 295,8 milyon ABŞ dolları məbləğində satış olub.
Metbuat.az bu barədə AMB-yə istinadən xəbər verir. Məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 32,3 % azdır.
Təkcə bu ay isə valyuta satışının məbləği 452 milyon ABŞ dolları təşkil edib. Bu isə 1 il əvvələ nisbətən 2,6 % çoxdur.