22 avq 2023 16:25
Atlantikokeanı ilə Sakit okeanını birləşdirən Panama kanalının buxtasında yüzlərlə gəmi gözləyir.
Metbuat.az xəbər verir ki, quraqlıq səbəbiylə suyun səviyyəsinin düşməsindən sonra Panama hökuməti kanaldan gün ərzində maksimum 32 gəminin keçməsinə icazə verir. “The Daily Mail”in xəbərinə görə bu, Panama hökuməti üçün hər gün azı 200 milyon dollar itki deməkdir. Məlumata görə, quraqlıq üzündən tətbiq edilən məhdudiyyətdən sonra kanalın hər iki tərəfində 20 gündən çox gözləyən gəmilər var. Bildirilir ki, bəzi şirkətlər kanaldakı gecikmələrə görə alternativ yol axtarırlar.
Mütəxəssislərin fikrincə, şirkətlər üçün nəqliyyat xərclərini artıran məhdudiyyətlər istehlak mallarının qiymətlərini bahalaşdıra bilər.