15 avq 2023 10:46
Önəmli strateji mövqeyi, qlobal və bölgədəki proseslərdə xüsusi rolu olan Türkiyənin necə bir xarici siyasət yürüdəcəyi, hədəflərə çatmaq üçün hansı üsullardan istifadə ediləcəyi bütün dünya tərəfindən maraqla izlənilir.
Metbuat.az türk mediasına istinadən xəbər verir ki, ötən həftə Ankarada keçirilən konfransda Türkiyənin yeni dönəmdə xarici siyasətinin daha effektiv və koordinasiyalı hala gəlməsi üçün hansı addımların atılacağı müəyyənləşdirilib.
Türkiyə XİN, Milli Müdafiə nazirliyi və Daxili İşlər nazirliyi bərabər və koordinasiyalı çalışmağa önəm verəcəklər. Dünyanın dörd bir yanındakı türk səfirlər heç bir məlumatı gərəksiz saymayacaq, ən kiçik məlumatları da mərkəzə bildirəcəklər.
Kibertəhlükəsizlik mövzusunda həm diqqətli, həm də məlumatlılığın formalaşdırılması üzərində iş aparılacaq.
Türkiyə siyasətinin prioritetlərinin müzakirə edildiyi konfransda Türkiyə XİN rəhbəri Hakan Fidan xarici siyasətdə 4 təməl strateji hədəf olduğunu bildirib. Bunlar bölgədə sülh və təhlükəsizlik təmin etmə, xarici münasibətlərin struktur halına salınması, rifah səviyyəsinin artırılması və qlobal hədəflərin inkişafını təmin etməkdir.