METBUAT.AZ

Ölkə

DYP moped sürücülərinə

1 avq 2023 17:56

"Yol hərəkəti qaqqında" qanun 27-ci maddəsinə edilmiş əlavə dəyişikliyə əsasən 2023-cü ilin 1 avqust tarixindən hərəkət surəti 50 km/ saat dan yuxarı olan mopedlərin qeydiyyatına alınması və sürücülük hüququ yəni A1 kateqoryasının tələb olunması anlayışları qanuni tələb kimi formalaşıb.

Bunu Metbuat.az-a Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşı, polis mayoru Araz Əsgərli bildirib.

O qeyd edib ki, hazırda bu tip nəqliyyat vasitələri idarə edənlər arasında təbliğat maarifləndirmə işi aparılır, qanunvericiliyin tələbləri izah edilir.

Polis mayorunun sözlərinə görə, Bakı şəhərində aparılan işlərin əsas məqsədi moped sürücülərini maarifləndirməkdir və onlara lazımi köməkliyin göstərilməsi, hüquqlarının qanunvericiliyə uyğun tənzimlənməsidir.

"İnzibati tədbirlərdən daha çox üstünlük ona verilir ki, həmin nəqliyyat vasitələri qeydiyyata qoyulmaqla onlar mopedləri idarə etmək hüququ yaradan sürücülük vəsiqələri təmin olunsunlar. Bunlarla bağlı hazırda onlara zəruri köməkliklər göstərilir", - A.Əsgərli deyib.


metbuat.az.