METBUAT.AZ

Sağlamlıq

"Ekonom klassda uçmaq təhlükəlidir" -

18 avq 2023 04:02

Səyahətçi, təyyarə trombozu deyilən sindrom artıq illərdir neçə-neçə insanın həyatını alıb.

Təyyarə ilə uçmaq damar sistemini təhlükəyə qoyur, buna ciddi hazırlaşmaq və bəzi qaydaları bilmək lazımdır.

Metbuat.az medicina.az-a istinadən xəbər verir ki, ali dərəcəli ürək-damar cərrahı Nikolay Şpilev “səhayətçi trombozundan” danışıb.

“Aviauçuşlar zamanı təyyarə kabinində oksigen azlığı, təzyiqin düşməsi, həyəcan, yüksəklik və uzun müddət oturaq vəziyyətdə qalmaq aşağıdakı halları yaradır:

- Hündürlük dekompression xəstəliyi

- Orta qulağın və burun ciblərinin travması

- Emfizema

- Venoz trombemboliya

- İlk dəfə ucuş zamanı embolik ağırlaşma barədə 1954-cü ildə Homans məlumat verib.

1977-ci ildə bu ekonom klass sindromu adını aldı. Çünki bu hissədə uçanlar daha çox ayaqları qatlama vəziyyətində olur və uzana bilmir.

İstənilən trombozun əsasında 3 səbəb durur: qan dövranının durğunlaşması, qanın qatılaşması və damar divarının pozulması.


metbuat.az.