METBUAT.AZ

Siyasət

"Ərdoğan sentyabrın 8-də Rusiyada Putinlə görüşəcək" -

28 avq 2023 17:36

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan sentyabrın 8-də Rusiyaya səfər edəcək.

Metbuat.az xəbər verir ki, bu barədə "Bloomber" məlumat yayıb.

Qeyd edilib ki, R.T.Ərdoğan sentyabrın 8-də Rusiyanın dövlət başçısı Vladimir Putinlə görüşəcək.

Prezidentlərin Ukraynadakı müharibəni, xüsusilə “Taxıl sazişi”nin bərpasını müzakirə edəcəkləri gözlənilir.

Xatırladaq ki, daha əvvəl Türkiyə liderinin sentyabrın ayın 4-də Rusiyaya gedəcəyi və Soçidə V.Putinlə bir araya gələcəyi bildirilmişdi.


metbuat.az.