21 avq 2023 16:21
"Seltik"dən "Əl İttihad"a transfer olunan Jota klubdan göndərilir.
Metbuat.az xəbər verir ki, azarkeşlər futbolçunun klubdan göndərilməsini və onun yerinə Neymar, Ronaldo, Benzema səviyyəsində super ulduzun alınmasını tələb edirlər. “AS” qəzetinin xəbərinə görə, “Əl İttihad” tərəfdarları Jotanın oyunundan razı deyil. Klub tərəfdarları klub rəhbərlərindən futbolçunu göndərməyi xahiş ediblər. Azarkeşlərin şikayətlərini nəzərə alan menecerlər diqqətlərini Premyer Liqaya çeviriblər. “Əl İttihad”ın menecerlərinin hədəfi “Liverpul”da çıxış edən Məhəmməd Salahdır.
Qeyd edək ki, Jota “Seltik”dən 30 milyon avroya transfer olunub. 24 yaşlı futbolçu yeni komandası ilə 6 oyun keçirib, qol və ya məhsuldar ötürmə verə bilməyib.