14 avq 2023 09:13
İrəvan-Gümrü yolunda, Lancik kəndi yaxınlığında (Şirak mərzi) ağır yol-nəqliyyat hadisəsi baş verib.
Metbuat.az "Hraparak" nəşrinə istinadən xəbər verir ki, bu barədə ölkənin Daxili İşlər Nazirliyinin Xilasedici Xidməti məlumat yayıb. Qeyd olunub ki, nəticədə 11 nəfər ölüb, 6 nəfər yaralanıb.
Məlum olub ki, İrəvan-Gümrü yolunun 90-cı kilometrliyində “Volkswagen” markalı sərnişin mikroavtobusu və “ZİL” markalı yük maşını toqquşub.