METBUAT.AZ

Siyasət

Ermənistanın “humanitar” şou-təxribatı nə vaxt yekunlaşacaq? -

8 avq 2023 13:00

Artıq 13 gündür ki, Ermənistanın “humanitar yük” adı altında Azərbaycana qarşı sərhəd təxribatı davam edir.

Bu şounun nə vaxt yekunlaşacağı ilə bağlı Metbuat.az-a danışan politoloq Tural İsmayılov bildirdi ki, Ermənistan Xankəndi ermənilərinin Azərbaycan cəmiyyətinə inteqrasiyası üçün atdığı addımlar fonunda vəziyyəti gərginləşdirməyə çalışır:


“Ermənistan tərəfindən bu şounun davam etdirilməsi gözlənilən idi. Çünki Azərbaycanın yurisdikasını Xankəndi və ətrafında bərpa etmək məsələsi artıq realdır və yaxın tarixlərdən biridir. Bu “humanitar şou”nun nə zaman bitəcəyini söyləmək çətindir. Məsələ ondadır ki, Ermənistan müstəqil dövlət deyil və onun arxasında ağaları dayanıb. Hesab edirəm ki, Azərbaycanın təklif etdiyi Ağdam yolunu görməzdən gələrək həmin yoldan guya öz aləmlərindən imtina edib Laçın yolu ətrafında fokuslanmaq Ermənistanın növbəti dəfə saxtakar və ikiüzlü mahiyyətini və niyyətini ortaya qoymuş oldu”.

Hazırkı vəziyyətdə Azərbaycanın bununla bağlı təklifinin olmadığını qeyd edən politoloq hesab edir ki, Nikol Paşinyan hökumətinin müstəqil qərar vermə instinkti də mövcud deyil:

“Nəzərə almaq lazımdır ki, Ermənistanın xarici güc faktorlarının əlində oyuncağa çevrilmiş pion bir ölkədir. Bu baxımdan Ermənistanın etirazlar fonunda addım atacaq siyasi luksu yoxdur. Bu xarici mərkəzlərdə verilən qərarların Ermənistan tərəfindən dırnaqarası yerinə yetirilməsi prosesidir. Biz hər zaman Ermənistan hakimiyyətindən Azərbaycan və Türkiyəyə təzyiqlər etmək üçün istifadə edən qüvvələrincəhdlərinə hazır olmalıyıq”,- deyə Tural İsmayılov bildirib.

Gülbəniz Hüseynli / Metbuat.az


metbuat.az.