3 avq 2023 15:32
Mütəxəssislərə görə, qəbul etdiyimiz bəzi qidalar insanda əsəbilik, stress və panik ataklara səbəb olur.
Metbuat.az həmin qidaları təqdim edir:
Qara çay
Çayın tərkibində sümükdəki mineralları azaldan oksalat turşusu var. Bu, işdə bel ağrılarına səbəb ola bilər
Marmelad
Bu qidaların tərkibindəki boya tatrasin (E 102) beyində metabolizmimizi poza bilər. Nəticədə əsəbləriniz yüksələ bilər.
Meyvə şirəsi
Fruktoza adrenalin səviyyəsinin artmasına səbəb olur. Əgər siz artıq əsəbisinizsə, bu əlavə panik ataklar yaradacaq.
Soya sousu
Onun tərkibində bağırsaqlara çox stress yarada bilən və qıcıqlanmaya səbəb olan qlyuten var.