METBUAT.AZ

İdman

"Fənərbağça" dayanmaq bilmir:

5 avq 2023 18:59

Ardıcıl transferlərlə gündəmdə olan "Fənərbağça" daha bir oyunçunu heyətinə qatır.

Metbuat.az bildirir ki, bu barədə Türkiyə mediası yazır. Məlumata görə, İstanbul təmsilçisi Fransanın "Lion" klubundan ayrılan sağ cinah oyunçusu Karl Toko Ekambi ilə razılıq əldə edib. Ulduz futbolçu ilə bütün şərtlərdə anlaşan "Fənərbağça" oyunçunun klubu ilə danışıqların son mərhələsindədir.

Qeyd edək ki, Ekambi ötən mövsüm "Renn"də icarədə olub. O, çempionatda 36 matça çıxıb, 7 qol və 4 asistə imza atıb.


metbuat.az.