METBUAT.AZ

İdman

​"Fənərbaxça" "Arsenal"ın futbolçusu üçün hərəkətə keçdi

23 avq 2023 14:42

"Fənərbaxça" transfer fəaliyyətini davam etdirir.

Metbuat.az xəbər verir ki, "Fənərbaxça" "Arsenal"ın ulduz yarımmüdafiəçisi Albert Sami Lokonqanı transfer etməyə çalışır. Belçikalı futbolçu Albert Sami Lokonqanı transfer etmək üçün “Arsenal”la danışıqlar aparan Türkiyə təmsilçisi maddi məsələlərlə bağlı müzakirə aparır. "Fənərbaxça" “Arsenal”a futbolçu üçün tələb olunan məbləğin miqdarı barədə müraciət göndərib.

“Arsenal” futbolçu üçün yüksək məbləğ tələb etməsə, “Fənərbaxça" rəsmən transfer təklifi göndərəcək.


metbuat.az.