28 avq 2023 14:58
Yarımmüdafiəçi axtarışlarını davam etdirən "Fənərbaxça" və "Qalatasaray" "Latsio"nun braziliyalı futbolçusu Markos Antonionu transfer etmək üçün hərəkətə keçib.
Metbuat.az xəbər verir ki, hər iki klub futbolçu üçün danışıqlar aparır. İtaliya mətbuatının məlumatına görə, “Marsel” klubundan Matteo Quenduzini heyətinə qatmaq üzrə olan "Latsio" da Markosu satmaq istəyir. Bildirilir ki, Markos Antonion üçün “Paok” danışıqlar aparsa da, "Fənərbaxça" və "Qalatasaray"ın daha iddialı təklif irəli sürdüyü iddia edilir.
23 yaşlı futbolçu üçün Səudiyyə Ərəbistanının da seçim olduğu deyilir.