METBUAT.AZ

Elm və Təhsil

Formaları ala bilməyən ailələrə köməklik göstəriləcək? -

16 avq 2023 09:31

Yeni tədris ilindən Nazirlər Kabinetinin qərarına əsasən, 2023-2024-cü tədris ilində ölkənin ümumi təhsil müəssisələrində vahid məktəbli geyimi tətbiq ediləcək. Həmin qərarla məktəblər tərəfindən 4 rəngdə geyim formasından birinin seçilməsi nəzərdə tutulur. Həm qış, həm də yay köynəklərinin qiyməti 15 manatdır. Şalvar və ətəklər 25, jaketlər isə 30 manatdır. Paytaxt ərazisində məktəbli formalarının 18 satış məntəqəsi mövcuddur.

Bəs geyimləri ala bilməyən ailələr üçün hər hansı tədbir görülürmü?

Məsələ ilə bağlı Elm vət Təhsil Nazirliyinə sorğu ünvanladıq. Qurumdan Metbuat.az-a bildirildi ki, bu barədə hər hansı məlumat yoxdur:

"Elm və Təhsil Nazirliyi tərəfindən bu məsələ ilə bağlı hər hansı tapşırıq verilməyib", - deyə nazirlikdən bildirilib.

Qeyd edək ki, nazirlik rəsmi açıqlama verərək bildirib ki, vətəndaşlar Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş formaları satış mərkəzlərindən ala da bilərlər və ya özləri də tikdirə bilərlər.


metbuat.az.