2 avq 2023 16:53
Ötən ay 6,5 milyard insanı gün vurub.
Metbuat.az xarici KİV-nə istinadən xəbər verir ki, bu, olduqca rekord göstəricidir.
ABŞ-nin Nyu-Cersi ştatında yerləşən "Climate Center" adlı beyin mərkəzinin dərc etdiyi hesabata görə, iyul ayında dünyada yüksək temperaturlara səbəb olub. 200 ölkədə 4700 şəhəri əhatə edən İqlim Dəyişikliyi İndeksinin (CSI) istifadə etdiyi təhlilə əsasən, 6,5 milyarddan çox insan, yəni dünya əhalisinin 81 faizi iyul ayında istilərə məruz qalıb.
Hesabata görə, ən çox istilər Meksikada, ABŞ-nin və Avropanın cənubunda müşahidə edilib.