METBUAT.AZ

Region

Gürcüstanda koronavirusa yoluxma halları artır

20 avq 2023 18:14

Gürcüstanda COVID-19 virusuna yoluxma halları yenidən artır. Son bir həftə ərzində gündə orta hesabla 300-ə yaxın yeni yoluxma halları qeydə alınır.

Metbuat.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Gürcüstanın İnfeksion Xəstəliklər Mərkəzinin direktoru Tengiz Tertsvadze məlumat verib.

Onun sözlərinə görə, koronavirusa yoluxanların xəstəxanaya yerləşdirilməsı halları da artıb.

Direktor yeni növ Omicron - EG.5 virusunun Gürcüstan ərazisində qeydə alınması təhlükəsinin olduğunu bildirib, lakin bunun hələ rəsmən təsdiqlənmədiyini vurğulayıb.

Mütəxəssis, bununla belə deyib ki, indiki mərhələdə narahat olmağa əsas yoxdur, ölkənin Səhiyyə Nazirliyi lazımi tədbirləri görür.


metbuat.az.