METBUAT.AZ

Siyasət

Hakan Fidan ilk dəfə Lavrovla görüşdü -

31 avq 2023 16:15

Türkiyənin XİN rəhbəri Hakan Fidan Rusiyada həmkarı Sergey Lavrovla görüşür.

Metbuat.az xəbər verir ki, bu barədə Kremlin mətbuat katibi Mariya Zaxarova məlumat yayıb.

Qeyd edək ki, Fidan və Lavrov Ukrayna, Suriya, Liviya da daxil olmaqla regional məsələləri müzakirə edəcəklər. Nazirlərin müzakirə masasında Cənubi Qafqaz da var.

Bu, Hakan Fidanın nazir postuna gəldikdən sonra Lavrovla ilk görüşüdür.


metbuat.az.