16 avq 2023 12:59
Türkiyənin "Qalatasaray" klubu "Çelsi"nin oyunçusu Hakim Ziyeşin transferini bitirmək üzrədir.
Metbuat.az bildirir ki, bu barədə "The Guardian" yazıb. Məlumata görə, ulduz futbolçu tibbi müayinədən keçmək üçün Türkiyəyə gedəcək.
Qeyd edək ki, Ziyeş 2020-21 mövsümündə "Ayaks"dan 40 milyon avroya "Çelsi"yə keçmişdi. 30 yaşlı oyunçu ötən mövsüm 24 matça çıxıb, 3 asist edib.