METBUAT.AZ

İdman

Hamı 28 yaşlı bu azərbaycanlıdan danışır -

17 avq 2023 00:45

Azərbaycan şahmatçısı Nicat Abasov Bakıda təşkil olunan Dünya Kubokunda yarımfinala yüksəlib.

Metbuat.az xəbər verir ki, Azərbaycan şahmatçısı Nicat Abasov turnirin yarımfinalına yüksəlməklə ictimaiyyətin diqqətini cəlb edib. O, gənc qrossmeyster 1/4 final mərhələsinin cavab oyununda Hindistan təmsilçisi Vidit Santoşu məğlub edib. Qalib gələcəyi təqdirdə 28 yaşlı Nicat Abasovun rəqibi dünya reytinqinin lideri norveçli Maqnus Karlsen olacaq.

Qeyd edək ki, Dünya Kubokunda yarımfinal oyunları avqustun 19-da başlayacaq. Ümumilikdə turnir avqustun 26-dək davam edəcək.

Xatırladaq ki, bu, Azərbaycanda keçiriləcək ikinci Dünya Kuboku olacaq. Şahmat tacı uğrunda Bakıda ilk mübarizə 2015-ci ildə keçirilib.


metbuat.az.