14 avq 2023 12:24
Ukrayna Prezidenti Vladimir Zelenski hərbçilərin orduya cəlb edildiyi bütün hərbi komissarların rəhbərlərini işdən çıxarıb.
Metbuat.az xəbər verir ki, bu barədə Vladimir Zelenski Milli Təhlükəsizlik və Müdafiə Şurasının iclasında deyib. O bildirib ki, işdən çıxarılan hərbi komissarların yerinə müharibə veteranları təyin ediləcək:
“Bu sistemi tam olaraq müharibənin nə olduğunu və müharibə zamanı rüşvətin vətənə xəyanət olduğunu bilən insanlar idarə etməlidir. Haqqında cinayət işi açılan hərbi komissarlar məsuliyyətə cəlb ediləcək. İşdən çıxarılan hərbi komissarlar və barələrində qanun pozuntusu barədə dəlil olmayan digər vəzifəli şəxslər rütbələrini qorumaq və ləyaqətlərini sübut etmək istəyirlərsə cəbhəyə getməlidirlər”.