31 avq 2023 19:45
Sentyabrın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq ayın 4-ü səhərədək bəzi yerlərdə leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir.
Metbuat.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya Mərkəzinin direktoru Asif Verdiyev deyib.
Onun sözlərinə görə, ayrı-ayrı yerlərdə, xüsusən də Balakən, Şəki, Oğuz, Qəbələ, Quba, Qusar, bəzi mərkəzi Aran rayonlarında, həmçinin Qazax, Gəncə, Qarabağ, Şərqi Zəngəzur ərazilərində intensiv və güclü olacağı gözlənilir.
Bölgələrdə şərq küləyi əsəcək. Ayrı-ayrı yerlərə küləyin sürəti 20-25 m/san-dək güclənəcək.
İntensiv leysan xarakterli yağılar səbəbindən Balakən-Şəki bölgəsinin ərazisindən axan Katexçay, Kürmükçay, Şinçay, Oğuz-Qəbələ bölgəsinin ərazisindən axan Göyçay, Girdimançay, Quba-Qusar bölgəsinin ərazisindən axan Vəlvələçay, Qaraçay, Qazax-Gəncə bölgəsinin ərazisindən axan Əsrikçay, Gəncəçay, Qabırrıçay, o cümlədən Qarabağ və Şərqi Zəngəzur bölgəsinin ərazisindən axan Gorançay, Quruçay Köndələnçay çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.