21 avq 2023 13:10
ABŞ prezidenti Coi Bayden yenə tənqid edilib.
Metbuat.az xəbər verir ki, ABŞ Nümayəndələr Palatasının Respublikaçılar Partiyasından olan üzvü Lauren Bobert X sosial şəbəkəsində (keçmiş Twitter sosial şəbəkəsi) Havayda ölümlə nəticələnən yanğınlar fonunda çimərlikdə vaxt keçirən ABŞ prezidenti Co Baydenin fəaliyyətini tənqid edib. Məlumata görə, Co Bayden "Rehoboth Beach" adlanan çimərlikdə 60 saat keçirdiyi üçün Lauren Bobertin qəzəbinə səbəb olub.
Xatırladaq ki, avqustun 9-da ABŞ-ın Havay ştatında yerləşən Maui adasında başlayan meşə yanğınları güclü külək nəticəsində qısa zamanda turizm şəhəri olan Lahaynaya keçib. Nəticədə şəhər tamamilə yanıb. Rəsmi rəqəmlərə görə, 4,5 min insan mənzilsiz qalıb,100-dən çox insan ölüb, mindən çoxu itkin düşüb.