29 avq 2023 16:56
"Hərbi vəzifə və hərbi xidmət haqqında” qanuna görə hərbi vəzifəsi olmayan və hərbi xidmət keçmiş şəxslər də təlimlərə cəlb edilə bilər.
Metbuat.az Trend-ə istinadən bildirir ki, bunu Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin İctimaiyyətlə İş və Beynəlxalq Əlaqələr Şöbəsinin rəisi Pərviz Sədrəddinov deyib.
"Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunun müddəalarına müvafiq olaraq hərbi vəzifəlilər ehtiyatda olduqları dövrdə hərbi təlim, hərbi yoxlama və xüsusi toplanışlara çağırıla bilərlər. Bu kimi təlimlər il ərzində bir neçə dəfə təşkil oluna bilər. Ona görə də hər hansı bir narahatlığa əsas yoxdur",- deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycanda ehtiyatda olan hərbçilər təlimlərə çağırılırlar. Bu barədə sosial şəbəkələrdə məlumatlar yayılıb.