28 avq 2023 09:43
Hindistan rəsmiləri ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün bu məhsulun tədarükünə məhdudiyyətlər qoyub.
Metbuat.az "Bloomberg"ə istinadən xəbər verir ki, Hindistan hökuməti tədarükün təxminən üçdə birini təşkil edən qaynadılmış düyü üçün 20 % ixrac rüsumu tətbiq edib. Hindistan ən böyük düyü ixracatçısı olduğundan dünya bazarlarında bu məhsulun qiymətləri artmağa başlaya bilər.
Qeyd edək ki, Hindistan dünya düyü ixracının 40 %-ni təşkil edir.