23 avq 2023 12:31
Hindistanın Mizoram əyalətində tikintisi davam edən dəmir yolu körpüsü uçub.
Metbuat.az “The Times of India”ya istinadən bildirir ki, hadisə nəticəsində azı 17 nəfər ölüb. Hadisə baş verərkən, ərazidə 40-a yaxın işçi olub.
Dağıntılar altından cəsədlərin çıxarılması davam etdirilir.