METBUAT.AZ

Gündəm

Hindistandan düyü ixracına məhdudiyyət -

28 avq 2023 10:54

Hindistan rəsmiləri ölkənin ərzaq təhlükəsizliyini təmin etmək üçün bu məhsulun tədarükünə məhdudiyyətlər qoyub.

"Bloomberg"in məlumatına görə, Hindistan hökuməti tədarükün təxminən üçdə birini təşkil edən qaynadılmış düyü üçün 20 % ixrac rüsumu tətbiq edib. Hindistan dünya düyü ixracının 40 %-ni təşkil edir. Bu qərarın dünya bazarındakı qiymətlətrə təsirsiz ötüşməyəcəyi bildirilir.

Metbuat.az-a danışan iqtisadçı ekspert Eyyub Kərimli qeyd edib ki,

"Hazırda əsas düyü istehsalçıları ixracatçıları olan ölkələrdə istehsalın azalması baş verib. Şərqi Cənub Asiya ölkələrində təbii fəlakətlərlə - yağıntıların çox yağması ilə əlaqədar düyü istehsalı kəskin azalıb. Bu Tailand, Hindistan, Pakistan, İndoneziya kimi ölkələrdir. Həmçinin Rusiya Ukrayna müharibəsi Rusiyanın taxıl sahəsindən çıxması fonunda dünya tələbatı artıb. Hindistan və Pakistan da düyüyə müəyyən məhdudiyyət qoyub.

Dünyada ölkəmizdə düyünün qiyməti tonu 50 dollara yaxın artıb. Ölkəmiz də düyü idxalından asılıdır. Belə ki, ölkədə istehlak edilən düyünün 85 faizi xarici ölkələrdən, əsasən Hindistandan idxal edilir keçən ildən Pakistandan idxal edilməyə başlayıb. Pakistanda idxal edilən düyü keçən ildən 15 faiz gömrük rüsumlarından azad edilib ki, bu da qiymətinin tam artmasına təsirlərini azaldır. Lakin buna baxmayaraq gedən proseslər onu deməyə əsas verir ki, düyün qiyməti yenə artacaq. Düzdür, qıtlıq yaşanmasa da, düyün qiymətində 20, 30 faiz artım müşahidə oluna bilər"

"Bunun qarşısını almaq üçün hesab edirəm ki, ölkədə düyünün istehsalının daha da artırılması üçün geniş işlər görülməlidir. Dövlət tərəfindən bu işlər görülür. Hazırda ölkədə istehlak olunan düyünün 15 faizi ölkəmizdə istehsalı becərilir növbəti illərdə bu, 50 faiz ə qədər qalxmalıdır. Yəni ölkədə düyü istehlakı 70 000 tona yaxındır təxminən 11 000 ton çəltik ölkəmizdə becərilir növbəti illərdə bu rəqəm 40 1000 tona çatdırılması nəzərdə tutulur. Dövlət bundan bağlı 380 manat subsidiya ödəyir, buğda düyü əkənlərə. Düşünürəm ki, gələcək illərdə bu, asılılığı azaldılacaq".

Gülər Seymurqızı


metbuat.az.