METBUAT.AZ

Siyasət

Humanitar yardım karvanı Ağdam-Xankəndi yolunda gözləyir

30 avq 2023 09:18

Xəbər verdiyimiz kimi, dünən Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan humanitar yardım göndərib.

Metbuat.az xəbər verir ki, hazırda yardım karvanı Ağdam-Xankəndi yolundadır.

Humanitar yardımın Xankəndiyə çatdırılması ilə bağlı ötən gün qurumun əməkdaşları Azərbaycan ərazisində müvəqqəti məskunlaşan Rusiya sülhmərmalıları ilə danışıqlar aparıblar və onlara yüklərin daşınması ilə bağlı hər hansı bir cavab hələ də verilməyib.


metbuat.az.