30 avq 2023 11:02
Xəbər verdiyimiz kimi Azərbaycanın Qızıl Aypara Cəmiyyəti Qarabağda yaşayan erməniəsilli şəxslərin ehtiyaclarını qarşılamaq üçün Bakıdan yola saldığı humanitar yardım karvanı Ağdam-Xankəndi yoluna çatıb.
Metbuat.az xəbər verir ki, avtomobillərin içərisində 40 ton un məmulatları var. Erməni mediası həmçinin isə avtomobillərin seriya nömrəsinə diqqət çəkib. Bildirilib ki, avtomobillərin seriya nömrələrinin 44 seçilməsi təsadüfi deyil. Ermənilər iddia ediblər ki, Azərbaycanı humanitar yardım göndərdikləri yük avtomobillərinin seriyası "44"-dür. Bu onların müharibədəki qələbəsini simvolizə edir.
Qeyd edək ki, 44 seriya nömrəsi Masallı rayonuna aiddir.
Metbuat.az