28 avq 2023 16:39
Xəbər verdiyimiz kimi, erməni KİV iddia edir edir ki, sülhməramlıların hazırkı komandiri Aleksandr Lentsov vəzifəsindən gedəcək, onun yerinə isə general-mayor Kirill Kulakov gətiriləcək.
Metbuat.az xəbr verir ki, Kulakov 1969-cu ilin iyulun 20-də anadan olub. 1990-cı ildə Kazan Ali Hərbi Komandanlıq Məktəbini bitirib. Bundan sonra bir müddət Almaniyada, Uşaq Şərqdə və Mərkəzi Hərbi dairəsində qulluq edib.
2014-2017-ci illərdə, Orenburq kazak briqadasının Çelyabinski vilayətinin Çebarkulda yerləşən Suvorov, Kutuzov və Aleksandr Nevski adına Qırmızı Bayraq ordenli 7-ci Əlahiddə Mühafizə Tankının komandiri vəzifəsində çalışıb.
O, həmçinin 2016-cı ildə general-mayor rütbəsinə layiq görülüb.
2017-ci ilin martından isə Kazan Ali Hərbi Komandanlıq Məktəbinin rəisi olub. Fəaliyyəti dövründə “Rəşadətli əməyə görə”, Tatarıstan Respublikası Prezidentinin təşəkkürü, “Tatarıstan Respublikası qarşısında xidmətlərinə görə” ordenlərilə təltif edilib.
Məlumat üçün bildirək ki, rəsmi Moskva bu məsələ ilə bağlı hər hansı açıqlama verməyib.