METBUAT.AZ

Dünya

İki dəfə satıldı amma qorxub qaytardılar -

26 avq 2023 13:40

İngiltərədə satılan gənc qızın təsvir olunduğu portret sosial mediada müzakirə mövzusu olub.

Metbuat.az xəbər verir ki, iki dəfə satılan amma hər dəfəsində də qaytarılan portreti alıcılar "lənətlənmiş" adlandırıblar. Sosial media istifadəçilərinin bəziləri hekayənin doğru ola biləcəyini iddia edərkən, bəziləri bunun rəsmin dəyərini artırmaq üçün uydurulmuş bir hekayə olduğunu qeyd edib.

Birinci dəfə 25 funta (təxminən 55 AZN) satılan tablonun ilk sahibi böyük panika və qorxu içində onu geri qaytarıb. Alıcı bildiri ki, portretdə əks olunan simanın gözləri sanki hərəkət edərək onları izləyirmiş.

Rəsmi ikinci dəfə alan 36 yaşlı Zoe Elliot Braun isə deyib ki, bu şəkil evə gələndən qeyri-adi varlıqların qüvvəsini hiss edib.

"Tablonu aldıqdan sonra 3 gecə kiminsə qapını döydüyünü eşitdik, amma heç kim yox idi. Rəfiqəmilə gəzintiyə çıxanda tufan qopdu və ikimiz də böyük bir qara fiqur gördük. Daha sonra baş verənlərin tablo ilə əlaqəli olduğunu hiss edib onu geri gətirdik",

Maraqlı məqamlardan biri də odur ki, tablonu qaytaran ikinci alıcı sonradan fikrindən daşınaraq onu yenidən alıb. Qadın bildirib ki, lənətlənməkdən qorunmaq üçün tablonu adaçayında saxlayac.


metbuat.az.