8 avq 2023 09:25
Bir neçə gün əvvəl İlkay Gündoğanla müqavilə imzalayan "Barselona" futbolçunu sata bilər.
Metbuat.az NTVspor-a istinadən xəbər verir ki, "Barselona" maliyyə problemlərinə görə İlkay Gündoğanla yollarını ayıra bilər. Məlumata görə, La Liqanın başlamasına bir həftə qalsa da, ulduz futbolçunun lisenziyası hələ də verilməyib. Bildirilir ki, "Barselona" və İlkay Gündoğan lisenziyanın avqustun 12-dək verilməsi ilə bağlı razılığa gəliblər. "Barselona" lisenziya problemini həll edə bilməsə, futbolçunun Kataloniya nəhəngindən ayrılmaq hüququ olacaq.
Qeyd edək ki, "Mançester Siti"dən ayrılan ulduz futbolçu "Barselona" ilə 2 illik müqavilə imzalayıb.