1 avq 2023 14:40
Sosial şəbəkələrdə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) qurucusu Etibar Məmmədovun səhhətində problem yaranması, hətta insult keçirməsi barədə xəbərlər yayılıb.
Metbuat.az Bizim.media-ya istinadən xəbər verir ki, o, açıqlamasında gülərək bildirib ki, yaxşı ki, öldüyünü yazmayıblar:
“Yazırlar də. Boş-bekar adamlardır… Yalan söhbətdir. Səhhətimdə heç bir problem yoxdur. Gündəlik işlərimlə məşğulam”.