METBUAT.AZ

Region

İrandakı teraktda 20 nəfər şübhəlidir

17 avq 2023 15:56

İranın təhlükəsizlik qüvvələri Şirazda (İslam Respublikasının cənub-qərbində) Şah Çərəx məqbərəsində törədilən terror aktında iştirakda şübhəli bilinən azı 20 nəfəri saxlayıb.

Metbuat.az xəbər verir ki, bu barədə “Tasnim” agentliyi ziyarətgahın yerləşdiyi Fars əyalətinin baş hakiminə istinadən məlumat yayıb.

Qeyd olunub ki, terror aktının təşkilində ən kiçik rolu olan hər kəs saxlanılıb. Əsas şübhəlilər gələn həftə ittiham olunacaqlar.

Qeyd edək ki, Fars əyalətinin Şiraz şəhərindəki Şah Çərəx məqbərəsində terror aktı törədilib. İki silahlı məscidə girməyə cəhd edib. Onlardan biri məqbərədə olan insanlara avtomatla atəş açıb və hücumdan az sonra təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb. Son məlumatlara görə, hücum nəticəsində 1 nəfər ölüb, 8 nəfər yaralanıb.


metbuat.az.