METBUAT.AZ

Hadisə

İrəvanda sərnişin avtobusu atəşə tutuldu

10 avq 2023 16:21

İrəvanın Abelyan küçəsində bir nəfər avtobusun yan şüşəsinə atəş açıb.

Metbuat.az xəbər verir ki, bu barədə Sputnik Ermənistan-a polisin mətbuat xidmətindən məlumat verilib.

"Hadisə saat 13:15 radələrində baş verib. Zəng edən şəxs onun idarə etdiyi avtobus istiqamətində atəş açıldığını deyib. Hadisənin hansı şəraitdə baş verdiyi araşdırılır", - polisdən bildirilib.


metbuat.az.