30 avq 2023 15:26
İspaniyanın Xarici İşlər Nazirliyi Böyük Britaniyanın ərazisi olan və ölkənin cənubunda yerləşən Cəbəllütariq sularında avqust ayında baş vermiş üç insidentlə bağlı Londona nota verib.
Metbuat.az xəbər verir ki, bu barədə rəsmi dairələr İspaniyanın Xarici İşlər Nazirliyindəki mənbələrə istinadən məlumat verib. Bildirilir ki, İspaniya Britaniya gəmilərinin İspaniya sularında hərəkət etməsinə sərt şəkildə etiraz edib.
Açıqlamada deyilir ki, İspaniya Cəbəllütariq limanının daxili hissəsindən kənarda yerləşən dənizdə Britaniyanın qitə şelfini tanımır və indiyə qədər olduğu kimi İspaniya sularında öz suverenliyini müdafiə etmək üçün tədbirləri davam etdirəcək.