METBUAT.AZ

İdman

Kadi "Qarabağ"a geri qayıdır? -

28 avq 2023 10:04

Qışda "Qarabağ"dan ayrılaraq "Krasnodar"la 3 illik müqavilə bağlayan Kadi Borges Malinovskinin Azərbaycana qayıtması ilə bağlı xəbərlər yayılıb.

Metbuat.az "Offsideplus.az"a istinadən xəbər verir ki, Ağdam təmsilçisinin 27 yaşlı vingeri Rusiya klubundan 1 illik icarəyə götürməyə hazırlaşdığı bildirilir.

Dünən "Kəpəz"lə oyundan (1:1) sonra baş tutan mətbuat konfransında Qurban Qurbanov bu məsələyə münasibət bildirib. Mütəxəssis Kadi ilə danışıqlar aparmadıqlarını açıqlayıb.

Kadi 2021-ci ilin iyunundan 2023-cü ilin yanvarına qədər Azərbaycan çempionunun heyətində 41 oyun keçirib, 16 qol vurub.


metbuat.az.