21 avq 2023 18:24
Türkiyənin Kahramanmaraş vilayətinin Göksun rayonunda zəlzələ olub.
Metbuat.az xəbər verir ki, bu barədə AFAD məlumat yayıb. Bildirilib ki, zəlzələ yerli vaxtla 16:54-də, 5.17 km dərinlikdə qeydə alınıb.
Qeyd edək ki, günün əvvəlində də bölgədə zəlzələ olmuşdu.