METBUAT.AZ

Ölkə

Keçmiş məcburi köçkünlərə verilmiş mənzillərin

16 avq 2023 17:58

Böyük Qayıdış çərçivəsində indiyədək 108 ailə (526 nəfər) Zəngilan rayonunun Ağalı kəndinə, 20 ailə (90 nəfər) Tərtər rayonunun Talış kəndinə, 221 ailə (858 nəfər) Laçın şəhərinə köçürülüb.

Metbuat.az bildirir ki, bu barədə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən bildirilib.

Qeyd edilib ki, keçmiş köçürülənlər, əsasən, Bakı, Sumqayıt və Abşeron olmaqla, müxtəlif ərazilərdə, tikintisi yarımçıq qalmış bina, yataqxana, sanatoriya, pioner düşərgəsi və digər inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir.

Keçmiş məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə onların müvəqqəti istifadəsinə verilmiş qəsəbələrdə yerləşən mənzillərin sonrakı taleyi ilə bağlı hazırda məlumat yoxdur.


metbuat.az.