8 avq 2023 15:14
Avqustun 8-də Azərbaycan Respublikasının müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Respublikası Baş Qərargahının Kəşfiyyat rəisi general-polkovnik İsmayıl Günaydının rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Müdafiə Nazirliyindən Metbuat.az-a verilən məlumata görə, tərəflər hər iki ölkənin orduları arasında qarşılıqlı münasibətlərin, eləcə də hərbi kəşfiyyat sahəsində əməkdaşlığın inkişaf etdiyini xüsusi qeyd ediblər.
Görüşdə iki qardaş ölkə arasında hərbi əməkdaşlığın inkişaf perspektivləri və qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər müzakirə olunub.