METBUAT.AZ

Dünya

Kim Çen In baş naziri və məmurları sıraya düzüb tənqid etdi

23 avq 2023 10:35

Şimali Koreya lideri Kim Çen In baş nazir Kim Tok Hun da daxil olmaqla yüksək səviyyəli rəsmiləri ölkədəki daşqınlara qarşı məsuliyyətsiz davranmaqda ittiham edib.

Metbuat.az xəbər verir ki, Şimali Koreyanın rəsmi xəbər agentliyi olan “KCNA”nın xəbərinə görə, sel 560 hektar ərazini, o cümlədən 270 hektar çəltik tarlasını su altında qoyub. Şimali Koreya lideri Kim sel altında qalan çəltik sahəsinə baş çəkdikdən sonra etdiyi çıxışda baş nazir və məmurları “məsuliyyətsiz” adlandırıb. Kim Çen bildirib ki, baş naziri Kim Tok-hu daşqının yaratdığı problemlərin həll etmək üçün tədbirlər görməyib.

Kim Çen In Nazirlər Kabinetinin fəaliyyətini tənqid edib.


metbuat.az.