2 avq 2023 11:07
"Mədəniyyət və İncəsənət Universitetdəki çatımazlıqların detalları haqda bilmirəm, amma ümumi məlumatım var, Kino İttifaqında bununla bağlı müzakirələr keçirmişik, tələbə və məzunlarla söhbətlərimiz olub. Praktiki biliklərin, maddi texniki bazanın zəifliyi, peşə fəndlərindən çox qeyri peşə fənlərinin keçirilməsi, dərsliklərin azlığı əsas problemlərdəndir. Yaxşı olardı ki, digər ölkələrdə olduğu kimi bizdə də kino ilə bağlı ayrıca universitet və ya akademiya olsun".
Bu fikirləri Metbuat.az-a açıqlamasında kinoşünas Sevda Sultanova səsləndirib.
Təəəssüf edirəm ki, sizin suallarınızı bugün üçün aktual saymıram. Çünki bu suallar filmlərin intensiv istehsalı, kinobazarının formalaşdığı ölkələr üçün keçərlidir. Bizdə isə dövlət kinoya maliyyə ayırdığı təqdirdə, son illər tammetrajlı az bədii film çəkilib. Ötın il isə ümumiyyətlə tammetraj film istehsal olunmayıb. Ayrılan maliyyənin nəyə xərcləmələri haqda kino şöbəsi hələ də doğru düzgün hesabat verməyib. Qarabağ haqda Türkiyə ilə birgə istehsal olunacaq seriala müəyyən maliyyə xərclənsə də, taleyi haqda məlumat yoxdur. Müstəqil maliyyə ilə film çəkib festivallara yollayan rejissorları isə alqışlayıram. Çətin şərtlərdə işlədikləri üçün.