19 avq 2023 12:24
Bir neçə gündür ki, Ermənistan KİV-i qondarma rejimin "rəhbəri" Arayik Arutyunyanın istefa verəcəyini bildirir.
Metbuat.az xəbər verir ki, "Hraparak" nəşri qeyd edir ki, Arayik istefa verməyəcək.
Nəşr qeyd edir ki, həfətnin əvvəlində iclas keçirən Arutyunyan əlindən heç bir şey gəlmədiyini, buna görə də istefa verəcəyini bildirib: "Arutyunyan əmin edib ki, o, qərarını Ermənistan hakimiyyəti ilə də müzakirə edib. "Artsax"da sülhməramlı missiyanı yerinə yetirən Rusiya hərbi qrupunun rəhbərliyini də məlumatlandırıb".
Nəşrin məlumatına görə, "prezident" bu qərarından sonra tənqid edilib və Araik qərarından dönüb.