METBUAT.AZ

İdman

Konfrans Liqası: “Qarabağ”ın mümkün rəqibləri bilinib

7 avq 2023 17:50

Bu gün Konfrans Liqasında pley-off mərhələsinin püşkü atılıb.

Metbuat.az saytının məlumatına görə, Azərbaycan klublarının mümkün rəqibləri də bəlli olur.

Avropa Liqasında çıxış edən “Qarabağ” pley-ofda qarşılaşa biləcəyi rəqibi tanıyıb. Ağdamlılar HİK səddini keçə bilməsə, Konfrans Liqasında bu turnirin III mərhələsinin “Farul” (Rumıniya) – “Flora” cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, pley-off avqustun 24-də və 31-də baş tutacaq.


metbuat.az.